19 Sentyabr 2018 21:59
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya səması üzərində Rusiyaya məxsus təyyarənin vurulması, nəticədə rus hərbçilərinin həlak olması və bundan sonra yaşananlar bu insidentin Rusiya ilə İsrailin arasını vurmaq üçün qurulmuş bir plan olduğunu göstərir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Ancaq o, hesab edir ki, bu plan işə yaramadı:

“Hadisə baş verər-verməz Rusiya KİV-lərinin İsrailə ittiham dolu xəbərlər yaymasına rəğmən Prezident Vladimir Putin rəsmi açıqlama verərək təyyarənin İsrail tərəfindən vurulmadığını bildirdi. Ardınca isə İsrailin Baş naziri Benyamin Netanyahu Putinə zəng edərək təyyarəni İsrailin vurmadığını ona inandırmağa çalışdı və bununla bağlı əllərində olan bütün məlumatları təslim etməyə hazır olduqlarını bildirdi.

Zənnimcə, maraqlı tərəflər İsrail-Rusiya münasibətlərinə düyün vurmaq istədi, ancaq bunu bacara bilmədilər. Putinin soyuqqanlılığı, Netanyahunun çevik hərəkətləri isə təqdirəlayiq idi”.

Z.Əmrəliyev məsələnin tezliklə həll olunacağını düşünür:
“Ən azı bu hadisəyə görə İsraillə Rusiya arasında münasibətlərin gərginləşəcəyinə inanmıram”.


Müəllif: Səxavət

Oxşar xəbərlər