Güney Amerika ölkəsi olan Peruda yaxınlaşan 7 oktaybrdakı bələdiyyə seçimləri qabağı Hitler adlı biri ilə Lenin adlı kişinin rəqib olması dünyada marağa səbəb olub.
Teleqraf.com xəbər verir ki, Hitlər yerli mətbuata açıqlamasında, atasının Hitlerdən xəbərsiz olduğunu, sadəcə gənclik illərində eşidib təsirləndəyi üçün ona belə adı verdiyini söyləyib.
İndiki kompaniyanı “Mən Hitler”əm şüari ilə aparan Hitler Abla Sanchez daha əvvəl başqa partiyadan namizəd olaraq 2011-2014-cü illərdə Yungar şəhərində bələdiyyə sədri olub.
Qeyd edək ki, Güney Amerikada ailələr uşaqlarına belə adlar qoyduğu üçün belə maraqlı vəziyyət yarana bilir.