Yaponiyanın Hirosima şəhərində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 39-a çatıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, daha 7 nəfərin olduğu yer məlum deyil. Təbii fəlakət zonasına 500-ə yaxın hərbi qulluqçu cəlb olunub.
Hazırda şəhərdə xilasetmə işləri davam edir, 764 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.