24 Sentyabr 2018 10:20
2 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün evlərdə xilafət qurulur.

Teleqraf.com xəbər verir ki, belə bir iddia ilə Rusiyanın Federal Təhlükəsizlik Bürosu çıxış edib.

Xəbərə əsasən, Ukraynanın xüsusi xidmət orqanları İŞİD-lə Donetsk və Luqanskda olan separatçılarla mübarizəyə dəstək vermək üçün razılaşıblar. Bundan əlavə isə onlar yerli əhalinin islamı qəbul edərək “cihad”da iştiraka sövq edirlər.

“Cəbhədə olan bir neçə partizan qruplaşmalar var ki, onlar islamı qəbul edərək Donteskdə rus qüvvələrinə qarşı mübarizə aparırlar” – deyə açıqlamada qeyd olunur.

Ukrayna tərəfi isə Moskvanı İŞİD-lə işbirliyində günahlandırır. Rəsmi Kiyev iddia edir ki, ruslar Şimali Qafqazdan olan və Suriyada vuruşan bir qrup terrorçunu Donetskə gətirib və burada Ukraynaya qarşı fəal hərbi əməliyyatlar keçirməkdə onlara dəstək olur.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər