İndoneziyada qeyri-adi hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, 19 yaşlı indoneziyalı gənc 49 gün qayıqda, okeanın ortasında yaşamaq məcburiyyətində qalıb.
Adilanq Novel adlı gənc balıqlar üçün okeanda quraşdırılmış stansionar məntəqədə işləyirmiş. Burada balıqları cəlb etməkdən ötrü quraşdırılmış lampalara nəzarət edən Novel üçün həftədə 1 dəfə ərzaq gətirirmişlər.
İyul ayında baş verən güclü qasırğa nəticəsində onun olduğu qayıq Sulavesi adasından xeyli uzaqlaşaraq okeanın içərilərinə doğru irəliləyib. Ərzaq ehtiyatı isə Novelə bir neçə gün bəs edib.
O, acından ölməmək üçün qayığın taxtalarını gəmirir və dəniz suyu içirmiş:
“Dəniz suyuna paltarımı salıb sonra onu sıxaraq süzüb içirdim. Belə o, daha az duzlu olur”.
Həkimlərin sözlərinə görə, 49 gün okeanda qalmasına baxmayaraq Novel tam sağlamdır və onun orqanizmində heç bir problem yoxdur.