Rusiyanın Suriyaya S-300-ləri göndərməsi Moskvanın vəziyyəti kökündən dəyişmək istəyindən xəbər verir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Katibi Mayk Pompeo və Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.
Bu qərarın müzakirə olunmasını vacib sayan dövlət katibi sözünə belə davam edin: “Biz ruslarla müxtəlif məsələlər barədə müzakirələr aparacağıq. Əminəm ki, onlar S-300 mövzusunda düzgün qərar verəcəklər”.
İsrailin keçmiş baş nazir köməkçisi Aleks Veksler isə Rusiyanın S-300-ləri Dəməşqə gətirməsini məsləhət görməyib:
“Bu, İsrail ordusuna zərər vurmayacaq. Əksinə, rus silahlı qüvvələrinin imicinə xələl yetirəcək. Biz Rusiyanı biabır etmək istəməzdik. Mən düşünürəm ki, bizim pilotlar S-300-lərin də asanlıqla öhdəsindən gələcək. Buna şübhə etmirəm. Buna görə də, Rusiya son anda qərarını dəyişəcək”