Pentaqon gürcü vətəndaşlarından “təcrübə dovşanları” kimi istifadə edir.
Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi belə bir bəyanat yayıb:
“Pentaqon bioloji materiallar əsasında Gürcüstanda insanları eksperimentdən keçirirlər”.
Rusiya XİN rəsmisi Vladimir Yermakov mətbuata açıqlamasında artıq ABŞ tərəfinə məsələ ilə bağlı etiraz ünvanladığını bildirib: “Biz öz sərhədlərimizdə mənşəyi bilinməyən bioloji eksperimentlərə icazə verə bilmərik”.
Vladimir Yermakov həmçinin əlavə edib ki, bu cür ərazilərə hətta Gürcüstandan olan səlahiyyətli şəxslərin girişinə də icazə verilmir.