Türkmənistanda kommunal xidmətlər daha pulsuz olmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkmənistanın Xalq Məsləhəti Məclisi qərar verib.
Ölkədə elektrik enerjisi, qaz, su və xörək duzu kimi xidmət və məhsulların ödənişli olması barədə qərar qəbul edilib.
Qərar yanvarın 1-dən qüvvəyə minəcək.
Bu kimi kommunal xidmətlərin qiyməti aşağı olacaq.
Xatırladaq ki, Türkmənistanda sözü gedən kommunal xidmətlər 1992-ci ildən bəri pulsuz idi.