Belçikada qadınlara cinsi təcavüz edib Polşaya qaçan erməni yaxalanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Avropol”un mətbuat xidmətindən bildiriblər.
Poşanın Şetsin şəhərində saxlanılan və Ermənistandan mühacirət etmiş şəxs Belçikanın “Ostend” istirahət şəhərciyində bir neçə qadına təcavüz etməkdə şübhəli bilinir.
Adı mətbuata açıqlanmaya erməni cani bundan öncə yenə də təcavüz faktlarına görə 8 il 5 ay Sankt-Peterburqda sığınacaqda saxlanılıb.
Daha sonra Belçikaya köç edən erməni burada bir neçə qadına təcavüz etdiyinə görə Brügge məhkəməsi onun barəsində 25 il həbs qərarı verib.
“Qərardan sonra o ölkədən qaçıb və onun yerləşdiyi yer bizə məlum olmayıb” deyə “Avropol”dan bildiriblər.
Üzərində axtarış aparılan zaman 30 yaşlı ermənidən Rumıniya, Belçika və Yunanıstan pasportları aşkar edilərək götürülüb. Hazırda Belçika hökuməti cinayətkarın deportasiyası üçün rəsmi Varşavaya müraciət edib.