27 Sentyabr 2018 12:03
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və ABŞ-ın iqtisadi münasibətlərində böhran başlayıb.

Teleqraf.com xəbər verir ki, son dövrlər ABŞ-ın xarici siyasətindən ciddi narazı olan Berlin indi də Amerikadan sıvılaşdırılmış qaz almağa məcbur edilir.

Rəsmi Vaşinqton Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar çərçivəsində Almaniyanın Moskvadan qaz almasına qəti etiraz bildirir.

Keçən həftə Angela Merkel Cənubi Qafqaza səfəri zamanı Rusiyadan alınan qaza hələ ki heç bir alternativin olmadığını və Moskvadan qaz idxalına davam edəcəkləri mesajını vermişdi.

“Alman sənayesinin həmkarlar ittifaqı “Şimal axını – 2” layihəsini tam dəstəkləyir və ucuz rus qazını ölkəmizdə görmək istəyir”. Belə bir açıqlama ilə Almaniyanın XİN rəhbəri Xayko Maas çıxış edib:

“Hazırda ABŞ-ın bir çox qərarını biz “tvitter”dən öyrənirik. Bu bizim işbirliyimizə ciddi xətər yetirir. Çoxları düşünür ki, Trampı tam şəkildə anlayır. Xeyr, bu, səhv fikirdir. Şimali Atlantika ittifaqında ciddi dəyişikliklər gedir və bu, Trampdan sonra da davam edəcək. Buna görə də Avropa və Almaniya bu əlaqələrə strateji yanaşmalıdır”.

Alman mətbuatı isə “Berlin ABŞ-dan sıvılaşdırılmış qaz almayacaq. Buna ehtiyac yoxdur” başlıqlı məqalələr və xəbərlər gedir.

Vaşinqton-Berlin münasibətləri Donald Trampın “tvitter” hesabında “almanlar çox pisdir” ifadəsini işlətməsindən sonra daha da korlanıb.

Qeyd edək ki, Almaniya Rusiyanın ən böyük qaz idxalçılarından biridir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər