Güney Azərbaycanın Urmiya şəhərində öldüyü zənn edilən körpə qəbiristanlıqda dirilib.
Teleqraf.com xəbər verir ki, dirilən uşaq əkizlərdən biri olub.
6 aylıq qız uşağı qəbiristanlığına gətirilməzdən 1 gün əvvəl ölmüşdü və o, qüslxanada yuyularkən dirilib.
Atası qüslxanaya gedərək körpələrini dəfn etmək istəyib. Lakin həmin vaxt körpələrdən biri yuyularkən ağlayıb və yenidən həyata qayıdıb.
Körpələrin həkiminin sözlərinə görə, onda heç bir həyat əlaməti qalmamışdı. Xəstəxananın baş həkimi də onun öldüyünü təsdiqləyib, lakin gözlənilməz şəkildə yenidən həyata qayıdıb.