Böyük Britaniya Norveçə 800 nəfər dənizçi və xüsusi təyinatlıdan ibarət desant çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə müdafə naziri Qevin Uilyamson xəbər verib.
Desant çıxarılmasına səbəb Londonun burada tez tez görünən rus sualtı gəmiləri tərəfindən yaradılacaq istənilən təhlükəyə effektiv cavab verməkdir.
London gəmilərin hərəkətini izləmək üçün “P-8 Poseydon” təyyarələrindən istifadə edəcək.
“Biz rus hərbi sualtı gəmilərinin burada həddindən artıq aktiv olduğunu müşahidə edirik. Soyuq müharibə dövründə olduğu kimi. Biz buna reaksiya verməliyik” – deyə ingilis nazir qeyd edib.
Britaniyalı hərbiçilər burada holland və ABŞ-dan olan dənizçilərlə birgə hərəkət edəcək.