Yunanıstanda sentyabrın 29-da baş verən "Ksenofon" tufanı zamanı 3 nəfər itkin düşüb.
Bu barədə Mərkəzi Yunanıstanın qubernatoru Kostas Bakoyannis "Facebook"da yazıb.
Onun sözlərinə görə, vətəndaşların axtarışı üçün Evbeya adasına bütün qüvvələr cəlb olunub.
Tufan zamanı küləyin sürəti saatda 140 km-ə çatıb, güclü yağışlar səbəbindən bir sıra evlər su altında qalıb, yollarda maşınların hərəkəti məhdudlaşıb.
Ölkənin bəzi rayonlarında fövqəladə vəziyyət rejimi tətbiq oluna bilər.