Kiyev Rusiyaya məxsus Su-27 təyyarəsinin onların donanmasının üzərindən uçuş görütülərini yayımlayıb.
Teleqraf.com xəbər verir ki, rəsmi Kiyev bunu hücum cəhdi kimi dəyərləndirib.
Verilən xəbərdə qeyd edilir ki, Ukrayna donanması bu zaman Qara dənizdə “Kazak azadlığı – 2018” təlimlərini yerinə yetirirmiş.
Bundan öncə Ukrayna tərəfi təlimlər zamanı müşahidə olunacaq bütün pilotsuz aparatları vuracağını bəyan etmişdi.