Stavrapolda maraqlı hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, evlərini təmir edən və bu zaman divarın yıxılmasına səbəb olmuş qonşulardan bezən 53 yaşlı qadın qətlini sifariş verib.
Qadının muzdlu qatil axtarışından polis xəbər tutub.
Sonda polis muzdlu qatil qismində qadınla görüşüb və onun qonşularını öldürmək üçün 100 min rubl pul alıb. Əməliyyat zamanı qadın saxlanılıb və onun bu əməli kamera vasitəsilə qeydə alınıb.
Hadisə barədə polis bölməsindən verilən açıqlamada qeyd edilir ki, qətl gündüz saatlarında baş verməli idi. Həmin vaxt sifarişçi işdə olacaq və heç kəs ondan şübhələnməyəcəkdi.
“Ən azı 7 nəfəri öldürmək lazımdır. Onlar hörümçək toru kimidirlər” – deyə qadın video materialda qeyd edib.
Faktla bağlı cinayət işi başladılıb. Araşdırmalar davam edir.