Sosial şəbəkələrdə böyük marağa səbəb olan videodakı şəxs erməni imiş.
Teleqraf.com xəbər verir ki, Soçidə hovuza tullanmağa cəhd göstərən bir nəfər ehtiyatsızlıqdan yerə yıxılıb.
Hadisə onun dostları tərəfindən qeydə alınıb. Çəkilmiş video-materialda hovuza tullanmağa cəhd göstərən şəxsin sürüşərək birmərtəbəli tikilinin damından üzü üstə yerə yıxıldığı təsvir olunub.
Nəticədə ciddi kəllə-beyin travması alan erməni dərhal xəstəxanaya aparılıb.
Bildirilir ki, vəziyyəti ağır olan, sosial şəbəkələrdə məşhurlaşan Soçi sakini 1977-ci il təvəllüdlü Ermənistan vətəndaşıdır.
Rus mediasında yayılan xəbərlərə görə uğursuz şəkildə yıxılan şəxs artıq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.