5 Oktyabr 2018 18:15
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “İYİ” partiyasının sədri Maral Akşenerin evinə basqın olub.

Teleqraf.com xəbər verir ki, partiya sədrinin İstanbulda Bəylərbəyi bölgəsində olan evinin qarşısında bir qrup Milliyətçi Hərakat Partiyasının tərəfdarları toplaşaraq Dövlət Baxçalının lehinə şüarlar səsləndiriblər.

Bundan xəbər tutan “İYİ” partiyasının üzvləri dərhal hadisə yerinə gəliblər və hər iki qruplaşma arasında qarşıdurma yaşanıb.

Faktla bağlı artıq İstanbul polisi 11 nəfər saxlayıb.

Araşdırmalar davam edir.


Müəllif: Mirvari Əzizova