6 Oktyabr 2018 22:24
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir silahlanmadan asılılıq olmamalıdır.

Teleqraf.com xəbər verir ki, Belorus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin ən vacib məqsədini açıqlayıb:

“Rusiya prezidenti üçün bundan vacib məsələ yoxdur. Müasir silahlanmada asılılıq olmamalıdır. Silah idxalı ümumiyyətlə olmamalıdır”.

Lukaşenko həmçinin açıqlamasında Belorus – Rusiya münasibətlərinə də toxunub: “Əmin deyilik ki, nəsə baş verərsə bizə kömək edəcəklər. Nümunələr çoxdur. Ancaq bizim Rusiyadan başqa güvənə biləcəyimiz ölkə də yoxdur. Lakin onlara da 100 faiz güvənə bilmərik”.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər