Ermənistanın baş naziri Nikol Paşinyan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanla dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb.
Teleqraf.com xəbər verir ki, baş nazir bu barədə öz "Facebook" səhifəsində yazıb.
"İndicə "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyanla 2018-ci ilin dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə memorandum imzaladım", - deyə o yazıb.