14 Oktyabr 2018 10:26
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalifətdə olan Səadət Partiyasının lideri Təməl Karamollaoğlu amerikalı keşiş Endryu Bransonun həbsdən azad edilməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, Türkiyə hokumətinin bu addımına ironiyalı cavab verib.

Bransonun dövlət çevrilşinə cəhddə ittiham edib, daha sonra azad edilməsini şərh edən Karamollaoğlu deyib:

“Yenə Amerikanı diz çökdürdülər. “Al keşişi, ver keşişi”, dediyiniz keşiş barədə gizli şahidlər ifadələrini dəyişdirir və o, sərbəst buraxılırsa, demək ki, məhkəmə sistemi müstəqil deyil. Lakin siz yenə də, əllərinizdəki media vasitəsilə bunu “uğur” kimi göstərməyi bacarırırsınız. Lakin aylarla onun 15 iyul dövlət çevrilişinə cəhdin planlaşdırıcısı olduğunu demişdiniz. Hətta, iqtisadi böhranı da onun adına bağladınız. Axırda isə keşişi təyyarəsinə mindirib evinə göndərdiniz”.

Karamollaoğlu qeyd edib ki, məhkəmənin müstəqil olmadığı ölkədə iqtisadi böhranın olması təəccüblü deyi: “ İnvestorları ürküdürsünüz və onlar da öz pullarını riskə atmazlar. Keçici müsbət dalğalanma heç kəsi aldatmasın”.

Qeyd edək ki, PKK və FETÖ terror təşkilatları adına agentlik etməkdə ittiham olunaraq, Türkiyədə həbs edilmiş amerikalı keşiş Endryu Branson azadlığa buraxılıb.

O, artıq vətəni ABŞ-a qayıdıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər