Ukrayna üzərində vurulmuş Malayziya təyyarəsində həlak olmuş 20 malayziyalının meyit və külü Kuala Lumpura aparılıb.
Xüsusi təyyarə Amsterdamdan gəlib. Bütün meyitlər öncə Niderlanda çatdırılıb.
Təyyarədəki 298 nəfərin hamısı həlak olub. Boinq Ukraynanın Ruisyayönlü separatçıların nəzarətində olan şərqində vurulub.
Qurbanların arasında 43 malayziyalı və 195 niderlandlı vardı.
/musavat.com/