15 Oktyabr 2018 08:17
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbəri danışığın gedişatında jurnalist Camal Qaşıqçının itkin düşməsi faktının araşdırılması üzrə birgə təhqiqat qrupunun yaradılması ideyasını dəstəklədiyinə görə Türkiyə liderinə təşəkkür edib.

Qeyd edək ki, Ər-Riyadın yürütdüyü siyasətə qarşı tənqidləri ilə tanınan səudiyyəli jurnalist Camal Qaşıqçı oktyabrın 2-də sənədlərinin qeydiyyatı üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və bu günə qədər ondan xəbər yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər