16 Oktyabr 2018 17:40
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Pakistanla həmsərhəd olan Sistan-Bəlucistan əyalətində İran sərhəd qüvvələrinin 14 hərbçisi əsir götürülüb.

Teleqraf.com İran KİV-ə istinadla xəbər verir ki, silahlı bəluclar hərbçilərin qərargahını ələ keçirdikdən sonra 14 hərbçini tərksilah edərək Pakistan ərazisinə aparıblar.

Ələ keçirilənlərdən 7 nəfəri “Bəsic” təşkilatının üzvü, 5 nəfəri sərhədçi, 2 nəfəri isə İran İnqilab Keşikçiləri Qvrardiyasının - “Sepah”ın ETTELAAT bölməsinin əməkdaşlarıdır.

Hadisədən az sonra İranda fəaliyyət göstərən “Ceyş- ül-Ədl” (“Ədalət ordusu”) adlı silahlı bəluc təşkilatı bəyanat yayaraq hadisənin məsuliyyətini öz üzərinə götürüb.

İran baş vermis olayla bağlı Pakistan hökumətinə müraciət edərək, qaçırılan hərbçilərin azadlığa buraxılması üçün kömək etməyi xahiş edib.


Müəllif: Mənsur Rəğbətoğlu