Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın İrəvandakı səfiri Riçard Millsin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Paşinyan diplomatın fikirlərini səlahiyyəti bitmiş səfirin fikirləri kimi qəbul etdiyini deyib.
Baş nazir bildirib:
“Bu, gedən səfirin fikirləridir. Biz öz mövqeyimizi ifadə etmişik, hesab edirəm ki, mövqeyimizdə hansısa dəyişiklik yoxdur”.
Qeyd edək ki, Riçard Mills Ermənistanı işğal edilmiş Azərbaycan ərazilərini geri qaytarmağa çağırıb.
O, eyni zamanda açıqlamasında Ermənistanın işğal ərazilərini geri qaytarmaq fikrində olmadığını bildirib.