19 Oktyabr 2018 12:23
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi ölkələrini təmsil edən 30 lider və Asiyanın 21 dövlət başçısı Brüsseldə zirvə görüşü keçirib.

Teleqraf.com xəbər verir ki, iki ildən bir keçirilən sammitə bu dəfə məxsusi olaraq Çinin hakim partiyasının ikinci nüfuzlu nümayəndəsi Li Keçianqda qatılıb.

51 ölkə lideri ABŞ Prezidenti Donald Trampın təhdidlərinə qarşı Dünya Ticarət Təşkilatının tam dəstək verdiyini bildirib, eyni zamanda iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə ediblər.

Qlobal ticarət həcminin 55 faizini təmsil edən liderlər azad ticarəti dəstəkləmək və hər cür müdafiəçi siyasətə qarşı olduqlarını vurğulayıblar.

Qeyd edək ki, Donald Tramp ABŞ-la qlobal ticarətdə olduqca pis davranıldığını və Dünya Ticarət Təşkilatının buna görə məsuliyyət daşıdığını bəyan edib. Bundan sonra ABŞ iqtisadiyyatda özünümüdafiə siyasətinə uyğun olaraq Çinə ticarət sanksiyalar haqqında qərar verib.

1996-cı ildən bu yana iki ildən bir keçirilən zirvə görüşündə Avropa Birliyinin yüksək çinli rəsmilərindən biri belə deyib: “Bu, Avropa Birliyinin Breksitdən daha böyük olduğuna və onun Vaşinqtondan başqa da müttəfiqlərinin mövcudluğuna bir mesajdır”.

Brüsseldə bir araya gələn Avropa Birliyi dövlət və hökumət başçılarının zirvə toplantısında miqrasiya, daxili təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. Liderlər qaçqınlar mövzusunda əməkdaşlığın davam etdirilməsini razılaşdırıb.

Toplantıda 2015-ci ildən bu yana qanunsuz yollarla Avropa Birliyi ölkələrinə köç edən qaçqınların sayının 95 faiz azaldığı bildirilib.

Liderlər toplantı zamanı xüsusilə Türkiyə ilə bağlanan qaçqın və köçkünlərlə bağlı anlaşmanın qorunub saxlanması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.


Müəllif: Cavad

Oxşar xəbərlər