21 Oktyabr 2018 11:58
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail bölgədə gərginliyin azaldığını səbəb gətirərək, Qəzza zolağı ilə sərhəd buraxılış məntəqəsinin işini bərpa edir.

Bu barədə Qəzza Zolağının Mülki İşlər Komitəsi məlumat yayıb.

"İsrail tərəfi bizə bazar günü normal rejimdə işləmək üçün "Erez" və "Kerem-Şalom" sərhəd-keçid məntəqələrini açacağını bildirib", — deyə mətndə qeyd olunub.

Bildirilir ki, məntəqələr kommersiya və humanitar yüklərin daşınması, həmçinin insanların keçidi üçün istifadə olunacaq./Report/


Müəllif: Teleqraf.com