Bu gün Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı 20 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Tayvanın “Unitet Daily New” qəzeti məlumat yayıb. Məlumata görə, relsdən çıxan qatar Şulin şəhərindən adanın cənubundakı Taydun şəhəri istiqamətində hərəkət edirmiş.
Hələlik qəzanın hansı səbəbdən baş verdiyi müəyyənləşməyib.