Brazilyada ən böyük firma sahiblərindən biri olan 25 yaşlı Fernande Assis ombasını qaldırmaq üçün əməliyyata girdikdən bir neçə gün sonra halı pisləşərək ölüb.
Teleqraf.com xəbər verir ki, gənc qadın ərindən gizli qeyri-qanuni klinikada əməliyyat olunub. Qadının əməliyyatdan sonra nəfəs alması çətinləşib, əl və ayaqlarını hərəkət etdirə bilməyib və bədənində müəyyən göy ləkələr əmələ gəlib. Riodakı xəstəxanaya çatdırılsa da, müalicə effektsiz olub, nəticədə gənc qadının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qadının 27 yaşındakı əri Alex Fernando arvadına dəfələrlə plastik əməliyyat etməməsi üçün xəbərdarlıq etsə də onu razı sala bilməyib.