22 Avqust 2014 16:24
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum müğənni Emi Uaynhausun adı ilə məşhurlaşan Londonun Kamden məhəlləsində sənətçinin heykəli qoyulacaq. Məşhur müğənninin quş qəfəsini xatırladan saçlarının düzəldilməsində köməyə ehtiyacı olduğunu deyən dizayner Skott İton Eminin ailəsinə müraciət edib.

28 yaşında vəfat edən müğənni yaşasaydı, sentyabrın 14-də 31 yaşını tamamlayacaqdı. Heyranları özü olmasa belə, onun doğum gününü heykəl ucaltmaqla qeyd edəcəklər. Məhəllə sakinləri məşhurların ölümlərindən 20 il keçmədən heykəlinin qoyulmasını yaxşı qarşılaşamasalar da, Emi üçün bu, bir istisna olub. Çünki müğənni həyatının ən xoşbəxt günlərini bu məhəllədə keçirib, buranın pablarına gedib-gəlib, mağazalarından alış-veriş edib. Müğənninin heykəli evinin yaxınlığında qoyulacaq.

Qeyd edək ki, Emi Uaynhaus 2006-cı ildə çıxan “Back to Black” adlı albomuna görə 5 “Qremmi” mükafatına layiq görülmüşdü. 5 dəfə “Qremmi” mükafatı alan birinci britaniyalı kimi Ginnesin Rekordlar Kitabına düşüb. 2007-ci ildə isə “Ən yaxşı britaniyalı qadın ifaçı” kimi Brit Awards mükafatı alıb. O, 2011 il iyulun 23-də alkol zəhərlənməsindən dünyasını dəyişib.

/1937.az/


Müəllif:

Oxşar xəbərlər