İranda cinsi təcavüzdə və adam öldürməkdə ittiham edilən 2 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, edamlar Zahidan və Ərdəbil şəhərlərində həyata keçirilib.
6 il əvvəl cinsi təcavüzdə ittiham edilərək ölüm cəzasına məhkum edilmiş Mehdi Mirşikar Zahidan şəhər həbsxanasında dara çəkilib. O, barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə oktyabrın 15-də təkadamlıq kameraya köçürülmüşdü.
Həmçinin 5 il əvvəl qətl törətdiyinə görə ölüm hökmü almış 27 yaşlı müttəhim, Güney Azərbaycandan olan Meysəm Sabir Ərdəbil şəhər həbsxanasında dar ağacından asılıb.
Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.