22 Oktyabr 2018 15:28
2 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putininin mətbuat katibi Dmitri Peskov Rusiyanın nüvə təlimlərinə başlaya biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Valday” müzakirə klubunun iclasında danışıb.

Peskov Prezident Vladimir Putinin bu barədə açıqlamasını ictimaiyyətə çatdırıb:

“Rusiya doktrina səviyyəsində müdafiə hazırlığı xarakterli nüvə təlimləri keçirmək hüququnu özündə saxlayır. Lakin Putin bildirir ki, Rusiya heç kəsə hücum etməyəcək. Amma hücuma məruz qalarsa, lazım olan tədbirləri görəcək. Bunu başa düşmək çox vacibdir”.

Keçən həftə Putin “Valday” müzakirə klubunda Rusiyanın nüvə təliminin konsepsiyası barədə danışmışdı. O, nüvə silahlarının istifadənin qlobal fəlakətə bərabər olduğunu vurğulamışdı: “Moskva bu fəlakətin təşəbbüskarı ola bilməz”.

Rusiyaya qarşı nüvə silahından istifadə edilməsi ehtimallarından danışan Vladimir Putin, təcavüzkardan intiqam almağın qaçılmaz olduğunu, onun məhv ediləcəyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər