Erməni soyqırımı tarixi reallığı əks etdirir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistana səfər edən ABŞ prezidentinin məsləhətçisi Rudolf Culiani deyib.
O, erməni jurnalistin “ABŞ Prezidenti Donald Tramp üçün erməni soyqırımı nə qədər önəmlidir?” sualına Culiani belə cavab verib:
“Mən erməni soyqırımını tanıyıram. Amma bu, mənim rəsmi səfərim deyil, şəxsi səfərimdir. Buna görə də, tanımaq məsələsində ABŞ hökumətinin adından danışa bilmərəm”.
Qeyd edək ki, Ermənistana gələn Rudolf Culiyanı İrəvan şəhərində qondarma erməni soyqırımı abidəsini ziyarət edib.