Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili, keçmiş daxili işlər naziri Georgi Qaxariya və keçmiş baş nazir müavini Dmitri Kumsişvili London məhkəməsində ifadə verəcəklər.
Teleqraf.com xəbər verir ki, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının nümayəndələri “Omega Group Tobacco” işi üzrə London məhkəməsinə çağırılacaqlar.
İddia “Omega” tütün firmasının işinə baxan “Fold Fisher” hüquq şirkəti tərəfindən qaldırılıb.
Artıq Qaxariya və Kumsişvilinin məhkəməyə çağırıldığı, İvanişvilinin də tezliklə bənzər xəbərdarlıq alacağı bildirilib.
Keçmiş Gürcüstan səlahiyyətlilərinin fırıldaqçılıq və korrupsiya hallarında iştirak etməsi şübhəsi var. Gürcü Arzusu isə ittihamları qəbul etmir.