Qarabağ münaqişənin həll prosesinə daxil edilməyən günədək bu problem həll etmək mümkün olmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, o, Qarabağın yox, Ermənistanın məsuliyyətini daşıyır.
Baş nazir İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinə dair gizli danışıqlar aparmasından da danışıb:
“Məntiqsiz məlumatlar yayılır ki, guya Ermənistan hakimiyyətində Qarabağ məsələsinin gizli həllinə çalışanlar var. Ermənistanda xalqın mövqeyini nəzərə almadan, münaqişənin gizli həllinə çalışanların olduğunu düşünmürəm. Əgər Qarabağ münaqişəsinə bir həll tapa bilsəm, bunu hamıya açıqlayacam”.