25 Oktyabr 2018 16:42
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü leysan yağışlar Rusiyanın Krasnodar diyarında bir neçə yaşayış məntəqəsinin su altında qalmasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, o cümlədən Böyük Soçi qəsəbəsini sel basıb, federal yolda və dəmiryolunda hərəkət dayandırılıb. Tuapse rayonunda iki nəfər ölüb, bir nəfər itkin düşmüş sayılır.

“İnterfaks” agentliyi bildirir ki, Tuapse rayonunda 1240 ev, qonşu Abşeron rayonunda isə 714 ev su altında qalıb. İki rayondan ümumilikdə 360 nəfər təxliyə olunub.

Daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün Cənub Hərbi Dairəsinin 350 hərbi qulluqçusu hazırlıq vəziyyətinə gətirilib.

Şimali Qafqaz dəmiryolunun Tuapse-Krivenkovskaya hissəsində subasma səbəbindən 15 qatar hərəkətsiz vəziyyətdə qalıb. Maykop-Soçi marşrutu üzrə hərəkət edən “Qaranquş” adlı sərnişin qatarından “İnterfaks”a bildiriblər ki, vaqonlarda su qurtarıb, tualetlər isə işləmir.

Soçi rəhbərliyi bildirir ki, şəhərdə ehtiyat ərzaq var və onun zərərçəkmiş əhaliyə paylanması gözlənilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər