Türkiyənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğanın sələfi olacaq xarici işlər naziri Əhməd Davudoğlu artıq "baş nazir" kimi mühafizə edilir. Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cümə namazından sonra Ərdoğanla Davudoğlunun birgə fotoları yayılıb.
Fotolardan da görünür ki, baş nazirin mühafizəçiləri Davudoğlunu qoruyurlar. Onu müşaiyyət edən avtomobillər də dəyişdirilib.
İndiki və gələcək baş nazirlərin namaz qıldıqları məscidin imamı isə gələnlərə müraciət edərək "Hörmətli müsəlman camaatı. Lütvən sadəcə baş salamı ilə kifayətlənək, əl öpməyək" deyib.
Ayxan