“Türk axını” qaz kəmərinin hər iki xəttinin istifadəyə verilməsi 2019-ci ilin sonuna planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə İstanbulda olan Rusiya Prezidenti Vladimir Putinin səfərinə dair yayılan materialda bildirilir.
Qeyd edək ki, Vladimir Putin İstanbula səfər edib. Səfərdə məqsəd Suriya böhranının həllinə dair Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin görüşündə iştirak etməkdir. Dördtərəfli zirvə görüşündən sonra Rusiya və Türkiyə liderlərinin görüşü keçiriləcək.