28 Oktyabr 2018 19:49
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada dizel yanacağının 24 faiz artdığı göstərilir. Yanacağın qiymətinin artırılması ilə bağlı petisiya da hazırlanıb.

Teleqraf.com xəbər verir ki, 2018-ci ilin yanvarından başlayaraq yanacağın qiyməti artır. Yanacaq vergisinin artması ilə əlaqədar iyun ayından etibarən yanacağın qiymətində hər ay artım qeydə alınıb. Artıq ölkədə dizel yanacağı rekord qiymətə çatıb. Dizel yanacağı və 95 markalı benzinin qiyməti təxminən eynidir.

Qeyd edək ki, Fransada təbii qazın qiyməti də artıb. İyul ayında 7.45 faiz bahalaşan təbii qazın qiyməti oktyabrın 1-dən yenidən 3 faiz artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər