29 Oktyabr 2018 08:05
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyada "Lion Air" lou-kost aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyarəsi qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təyyarə havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra radarlardan itib. Sonradan təyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub. Ümumilikdə, göyərtəsində 188 nəfərin olduğu deyilən təyyarədə ölən və yaralananlar haqqında məlumat yoxdur.

Artıq təyyarənin qəzaya uğradığı yer əraziyə göndərilmiş xilasetmə qüvvələri tərəfindən aşkar edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər