Almaniya kansleri Angela Merkelin partiya sədrliyindən gedəcəyi haqda bəyanatı Xristian Demokratlar İttifaqı Partiyasında yeni sədrlik uğrunda mübarizəni alovlandırıb.
Teleqraf.com xəbər verir ki, Merkel partiya liderliyindən getsə belə, Xristian Demokratlar İttifaqı Partiyasının uzun illər alman siyasətində aparıcı faktor olacağına şübhə yoxdur.
Hazırda partiya daxilində yeni sədrlik uğrunda mühafizəkar və liberal qanad arasında mübarizə başlayıb.
Bəs Angela Merkelin yerini hansı siyasətçi tuta bilər?
Əsas namizədlərdən biri, 56 yaşlı Annegret Kramp Karrenbauerdir. Onu Merkelin “şahzadəsi” kimi də tanıyır və hətta “Kiçik Merkel” də adlandırırlar. Partiyanın liberal qanadını təmsil edir. Gözlənilməz siyasi gedişləri ilə tanınır.
Məsələn, 2017-ci ilin mart ayında Saarland əyalətində seçkilərdə məğlub olacağını hiss etdiyi üçün heç bir əsasə olmadan Türkiyədə keçirilən referendumla əlaqədar türk siyasətçilərinin əyalətdə kampaniya aparmasını qadağan edib.
Merkel kansler seçildikdən sonra onu Berlinə gətirərək partiyanın baş katibi vəzifəsi verib.
İkinci əsas namizəd səhiyyə naziri Jens Spahndır. Merkelə müxalifətdə olan mühafizəkar qanadı təmsil edir. İdarəolunmaz siyasətçi imicinə malikdir. 16 iyul dövlət çevrilişinə etiraz edən türkləri nəzərdə tutaraq “türklər hansı dövlətə bağlı olduğuna dair qərar verməlidir” deməsi ilə yadda qalıb.
Hazırda partiyada sədrliyə iddialı olan, amma adları açıqlanmayan siyasətçilər də var. Bunlardan biri partiyadaxili seçkilərdə Merkelə uduzan Fredirix Merzdir.
İkinci gizli namizəd isə Almaniyanın ən böyük federal ərazisi olan Şimali Reyn Vestfalyanın baş naziri Armin Lascetdir.
57 yaşlı siyasətçi Merkelə bağlı şəxs kimi tanınr. Lasçet eyni zamanda Türkiyəyə yaxınlığıl ilə də tanınr. Qələmə aldığı “Yüksələnlərin cümhuriyyəti və miqrasiya bir şansdır” adl kitabın müəllifidir.
Kitabda miqrasiyanın Almaniya üçün şans olduğu vurğulanır.