1 Noyabr 2018 12:31
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana qarşı ən sərt təzyiqlər etməyi düşünürük. Fəqət dost və müttəfiqlərimizin də zərər görməsini istəmirik.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Donald Tramp administrasiyasının milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

Bolton noyabrın 4-dən sonra İrana qarşı həyata keçiriləcək sanksiyalar haqqında da danışıb. İranın ixracatına qarşı sərt sanksiyalar tətbiq ediləcəyini bildirən müşavir əlavə edib ki, Vaşinqtonun Tehrana sərt pressinqlərdən Avropa Birliyinin, eləcə də dost və müttəfiqlərinin zərər görməsini istəmirlər:

“ABŞ hökuməti İrana coğrafi baxımdan yaxın olan bəzi ölkələrin İrandan aldıqlarını bir anda dayandırmayacağını anlayır”.

Milli təhlükəsizlik müşaviri əlavə edib ki, sanksiya tətbiq ediləcəyi haqda fikirlər İran iqtisadiyyatına təsir edib.


Müəllif: Cavad

Oxşar xəbərlər