1 Noyabr 2018 23:25
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Armen Sarkisyan cümə axşamı parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin təyin edilməsi barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Növbədənkənar seçkilər 9 dekabr 2018-ci tarixinə təyin edilsin. Fərman dərc olunduğu gündən qüvvəyə minir", - deyə mətbuat xidmətinin yaydığı sənədin mətnində bildirilir.

Bundan əvvəl Ermənistan parlamenti yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər