ABŞ İrana neft satışını əngəlləmək üçün noyabrın 2-dən etibarən İrandan neft alan ölkələrə sanksiya tətbiq etməyə başlayacaq.
Teleqraf.com xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi sanksiyaların İranla əməkdaşlıq edən ölkələrlə yanaşı, şirkətlər də şamil ediləcəyini açıqlayıb.
“Bloomberg”in məlumatına görə, ABŞ hökuməti İrana qarşı sanksiyaların digər 8 ölkəni də əhatə edəcəyini təsdiq edib. 8 ölkənin hamısının Asiyadan olduğu açıqlandığı halda, Cənubi Koreya, Yaponiya və Hindistanın da bu siyahıda yer alması diqqət çəkir.
Digər 5 ölkənin adı hələlik məlum deyil. Onların adları gələn həftə açıqlanacaq.