Əgər Ermənistanda bir azərbaycanlı əsir varsa, biz müharibə əsirlərini dəyişməyə hazır ola bilərdik.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan deyib.
O, Ermənistanda Azərbaycandan olan müharibə əsirlərinin olmadığını iddia edib.
Qeyd edək ki, Azərbaycan vətəndaşları - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən əsir saxlanılır.
Bundan əlavə, ötən əsrin 90-cı illərində Qarabağ savaşı zamanı çoxsaylı əsir və itkin düşən şəxslərin olduğu məlumdur.