4 Noyabr 2018 15:25
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının “Radikal partiya”dan olan deputatı Yuri Çijmar Krım və Donbasın itirilməsinə görə Almaniyanın federal kansleri Angela Merkeli ittiham edib.

Teleqraf.com xəbər verir ki, o bu bəyanatla Ukraynanın ZIK televiziyasının “Xalq qarşıdır” tok-şosunun efirində çıxış edib.

Y.Çijmarın fikrincə, əgər A.Mekrel 2008-ci ildə Ukraynanın NATO-ya üzvlük planına qarşı çıxmasaydı, Donbasda münaqişə olmazdı, Krım isə Rusiyanın tərkibinə keçməzdi.

“Bizim 2008-ci ilədək NATO-ay üzvlüklə bağlı çox sərt mövqeyimiz var idi. Ancaq məhz Angela Merkel həmin il Buxarestdə keçirilən NATO sammitində Putin Rusiyasının xeyrinə Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxdı”, – deyə deputat bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər