6 Noyabr 2018 14:05
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “S-300” sistemlərini Suriyada yerləşdirməsi böyük bir xəta idi və bu raketlərin suriyalılara təslim edilməsi təhlükəli addımdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya KİV-ə açıqlamasında İsrailin Qüds və miras naziri Zeev Elkin deyib.

Nazir Suriyanın “S-300” sistemlərinin İsrailin mülki hədəflərini yox etmək üçün istifadə ediləcəyini və belə bir hücum olacağı halda, İsrailin bu sistemləri məhv edəcəyini vurğulayıb:

“Suriya hərbi qüvvələri ona təslim edilən hərbi texnikadan peşəkarlıqla istifadə edə bilmir və buna görə də mülki insanları hədəf ala bilər”.

Zeev Elkin çıxışına bu sözləri də əlavə edib: “İsrail öz ərazilərinə müdaxilə olacağı təqdirdə, beynəlxalq təşkilatlar vasitəsilə hərəkətə keçməyəcək. Ən qısa vaxtda əməliyyatlar keçiriləcək və bu əməliyyatlar cavab xarakteri daşıyacaq”.

Qeyd edək ki, Rusiya Suriyada “Il-20” qırıcısının vurulmasından sonra bu ölkəyə “S-300” zenith-raket kompleksləri göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər