6 Noyabr 2018 17:08
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Təhlükəsizlik Xidməti Makrona sui-qəsd cəhdi edənlərin radikal millətçi qruplaşmanın üzvləri olduqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, qruplaşmanın 6 üzvü artıq sui-qəsdə cəhd ittihamı ilə həbs edilib. Təhlükəsizlik Xidməti sui-qəsdin plansız şəkildə həyata keçirildiyini açıqlayıb.

Fransa Prezidenti Emmanuel Makron son açıqlamasında Rusiya təhdidinə diqqət çəkərək, ABŞ-a bağlı olmayan hegemon Avropa İttifaqı ordusu qurulmadıqca, avropalıların təhlükədə olacağını demişdi.

Makronun bu açıqlaması etiraza səbəb olmuşdu.

***

16:39

Fransa Prezidenti Emmanuel Makrona sui-qəsdə cəhd edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Fransa Təhıükəsizlik Xidməti 6 nəfəri şübhəli şəxs qismində saxlayıb.

Nazirlik məsələ ilə əlaqədar əlavə məlumatın veriləcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər