24 Avqust 2014 12:43
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənub-qərbindəki İylam əyalətinin Murmuri şəhərində dünən gecə və bu gün səhər saatlarında 5,6 və 5,3 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi zəlzələlərin yerin 10 kilometr dərinliyində yarandığını bildirib.

Mərkəz həmçinin Murmuridə dünəndən bəri 43 yeraltı təkanın qeydə alındığını açıqlayıb.

Xatırladaq ki, İran-İraq sərhədinə yaxın bölgədəki yerləşən bu şəhərdə bir həftə öncə 6.1 bal gücündə zəlzələ meydana gəlmiş, təxminən 2700 ev ziyan görmüş, 470 adam yaralanmışdı.


Müəllif:

Oxşar xəbərlər