10 Noyabr 2018 02:00
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının şimal hissəsində tüğyan edən meşə yanğınları nəticəsində 5 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, ölənlərin meyitləri nəqliyyat vasitələrində aşkar olunub.

Bundan əvvəl Kaliforniyada meşə yanğınlarının minə yaxın evi məhv etdiyi məlumat verilib.


Müəllif: Teleqraf.com