25 Avqust 2014 13:26
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Luqansk vilayətinin Krasnodon şəhəri yaxınlığında Ukrayna aviasiyası separatçıların mövqelərinə güclü zərbələr endirib. Nəticədə separatçılar ciddi itkilər verib.

Axar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Prava sprava” vətəndaş hərəkatının rəhbəri Dmitri Sneqiryov məlumat verib.


Onun sözlərinə görə, sözügedən məlumatı ona yerli sakinlər və təşkilatın üzvləri verib.

Sneqiryov bildirib ki, avqustun 24-də Ukrayna hərbi təyyarəsi separatçıların yerləşdiyi təmir-mexaniki zavodunu bombardman edib.


Bombardman nəticəsində separatçıların xeyli sayda canlı qüvvəsi və zirehli texnikası məhv edilib.


Müəllif:

Oxşar xəbərlər